"Barselona"nın "Alaves"i yenərək "Kral Kuboku"nu qazandığı matçdan sonra Arda Turanın bir görüntüsü diqqəti çəkib.
Fanat.Az xəbər verir ki, qarşılaşmanın ardından komanda qələbəni qeyd edərkən türk futbolçu məyus halda təkbaşına oturub. Bu isə onun "Barselona"dan getdiyi üçün üzgün olması barədə xəbərlərin yayılmasına səbəb olub.
Qeyd edək ki, "Alaves"lə oyunda Ardanın adı "18-liy"ə salınsa da, meydana çıxmayıb.



Fanat.Az