Arda Turanın hücum etdiyi jurnalist danışdı

Arda Turanın hücum etdiyi jurnalist danışdı

Türkiyəli futbolçu Arda Turanın təyyarədə hücum etdiyi jurnalist Bilal Meşe yaşanan olayla bağlı danışıb. 

Fanat.Az xəbər verir ki, Bilal Meşe hadisəni belə təsvir edib:

"Təyyarəyə mindik, kəmərləri təzə bağlamışdım ki, birdən yanımda Bilal Meşe deyə qışqıran Arda peyda oldu. Əvvəlcə elə bildim ki, zarafat edir, lakin sifətində qəribə bir ifadə gördüm. Söyüş söyməyə başladı, fotomüxbirimiz Vedat Danacı gəldi və Ardanı sakitləşdirməyə çalışdı. Atdığı ilk yumruq boşa getdi, çünki Vedat Danacı ona mane oldu. Hadisəyə müdaxilə edən mühafizəçini də təhqir etdi, Fatih Terim isə qarışmadı, yoxsa daha pis şeylər ola bilərdi."

Qeyd edək ki, Bilal Meşe futbolçudan şikayət edəcəyini açıqlayıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər