Jurnalist Bilal Meşeyə təyyarədə hücum edən və milli komandadan kənarlaşdırılan Arda Turan mətbuat konfransı keçirib. Fanat.Az xəbər verir ki, türk futbolçu karyerası ilə bağlı önəmli açıqlamalar verib.Ötən gecə baş verən hadisədən danışan Arda peşman olmadığını bildirib: "Dünən gecə baş verənlər pis hadisələrdi. İnsanın üzərində milli forma olduğu zaman belə şeylərin baş verməsi üzücüdü. Səhv etdim. Amma peşmanammı? Yox, peşman deyiləm. İndi özümü daha rahat hiss edirəm".Futbolçu ailəsinə toxunan yazıları yazanlara qarşı bundan sonra da eyni hərəkəti edəcəyini deyib: "Belə xəbər yazanlara qarşı yenə də eyni reaksiyanı verəcəm. Haqqımda deyilənləri, yazılanları əsla unutmadım. Milli komandanın hər yaş qrupunda xidmət etmişəm, ölkəsini sevən, formasına aşiq olan bir adamam".Arda milli karyerasını başa vurduğunu bildirib: "Ölkəmi, bayrağımı çox sevirəm. Hər dəfə problemlər baş qaldıranda "istəyirsiz kənara çəkilim" deyirdim. Artıq zamanın gəldiyini düşünürəm. Bu günə qədər çalışdığım hər kəsə, dostlarıma, ailəmə təşəkkür edirəm. Həyatım boyunca nə etdimsə, qarşılığını ödədim. Milli karyerama son qoyuram". Fanat.Az
Arda Turandan şok qərar: karyerasını bitirdi
TREND
Oxşar xəbərlər
Digər
21:46
13.11.2026
Asim Xudiyev UEFA Millətlər Liqasının oyununa təyinat alıb
Digər
21:07
12.11.2026
Gəncədə bədii gimnastika üzrə açıq region birinciliyi keçiriləcək
Digər
20:19
12.11.2026
Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
Digər
17:09
12.11.2026
Azərbaycanın Yeniyetmələrin Yay Olimpiya Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşdi