Arda Turana astronomik təklif: 200 milyon

Arda Turana astronomik təklif: 200 milyon

"Barselona"dan ayrılacağı deyilən Arda Turana təklif göndərən klubların sayı artır. Fanat.Az xəbər verir ki, türk futbolçunu istəyən klubların sayı 6-ya çatıb.

Bu dəfə Çinin "Quanqzu Everqrande" klubu Ardaya təklif göndərib. Özü də təklif astronomik hesab olunan məbləğdədi. Belə ki, çinlilər Arda üçün "Barselona"ya 50 milyon, futbolçunun özünə illik 20 milyon avro (200 milyon lirə) təklif edib. "Barselona"nın bu təklifə hansı cavabı verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Ardanı bundan əvvəl "Arsenal", "İnter", "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" istəyib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər