"Araz" Slovakiya klubuna uduzdu

"Araz" Slovakiya klubuna uduzdu
Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edən "Araz" bu gün əsas mərhələdə son oyununu keçirib.
Fanat.Az xəbər verir ki, qrupdan çıxmaq şansını itirən təmsilçimiz formal xarakter daşıyan görüşdə Slovakiyanın "Luçeneç” klubu ilə qarşılaşıb və 2:5 hesabı ilə uduzub.
Qeyd edək ki, bundan əvvəlki  iki oyunda "Vitis”ə (0:1) məğlub olub, "Valletta” ilə (1:1) heç-heçə edən komandamız  1 xalla qrupu 3-cü pillədə başa vurub.
Araz (Azərbaycan) - Luçeneç (Slovakiya) 2:5 
Qollar: İsmayılov, 5. Çovdarov, 6 - Qresko, 19. Atill, 20; 34; 36. Kamara, 30. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər