"Araz Saatlı"nın baş məşqçisi 0:3-ün səbəbini izah etdi: "Düşünrəm ki, ikinci qol..."

"Araz Saatlı"nın baş məşqçisi 0:3-ün səbəbini izah etdi: "Düşünrəm ki, ikinci qol..."

Birinci Liqanın ilk turunda "İmişli" ni qəbul edən "Araz Saatlı" 0:3 hesablı ağır məğlubiyyət aldı. Komandanın baş məşqçisi Şəhriyar Məmmədova uğursuz debütlə bağlı bir neçə sual ünvanladıq.

Onun Fanat.Az-a müsahibəsini təqdim edirik:

- Birinci turda "İmişli" yə məğlub olduz. Oyunla bağlı nə deyə bilərsiniz?  - Məğlubiyyət təcrübə baxımından zəif olmağımızdan və komanda olaraq peşəkar səviyyədə ilk dəfə çıxış etməyimizdən irəli gəlir.   - Mübahisəli olan ikinci  qol sizcə ofsayddan vurulmuşdu?  - Düşünürəm ki, ikinci qol ofsaytdan vurulmamışdı.

- Klub rəhbərliyi yenilgini necə qarşıladı? Bu haqda danışığınız olubmu?  - Klub rəhbərliyi də səbəbləri bilir. Nöqsanları aradan qaldırmaq üçün dayanmadan çalışırıq. Çatışmazlıqları ümumiyyətlə klub rəhbərliyi və məşqçi heyyəti olaraq birgə həll etmək istəyirik.

- Azarkeş dəstəyi gözlədiyiniz kimi idi? - Azarkeşləri məncə, oyunumuzla daha çox qazanmalıyıq. İnanırıq ki, bundan sonra da bizi meydanda tək buraxmayacaqlar. Nəzərə alaq ki, oyundan öncə hava bir az da yağmurlu idi.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər