I Liqada 5-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün 3 görüş baş tutub.
Xala həsrət “Araz Saatlı” nəhayət ki, bu turda “Difai Ağsu” ilə ev oyunundan qalib ayrılıb. “Qaradağ Lökbatan” - “Zaqatala” matçında da meydan sahibləri qələbə qazanıblar. “Karvan” isə MOİK-lə ev oyununda darmadağına üzülüb.
I Liqa 5-ci tur 19 oktyabr
“Qaradağ Lökbatan” – “Zaqatala” 2:1 Qollar: Ürfan İsmayılov, 54. Mehdi Tahirov, 81 - Uoren Lloyd, 45+2. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.
“Araz Saatlı” – “Difai Ağsu” 5:2 Qollar: İlkin Əliyev, 62. Kamran Həsənzadə, 69. Elşan Sabbaği, 75. Şamil Abdullayev, 84. Oqtay Məmmədov, 90+5 – Rəhman Quliyev, 26. Ramin Süleymanov, 78. Saatlı OİK stadionu, 15:00.
“Karvan” – MOİK 0:3 Qollar: Elmir Rəhimzadə, 8; 31. Xəyal Bədirov, 85. Yevlax şəhər stadionu, 15:30.