Araz Abdullayev Türkiyə klubunda - RƏSMİ

Araz Abdullayev Türkiyə klubunda - RƏSMİ
"Qarabağ”dan ayrılandan sonra klubsuz qalan Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin yeni komandası rəsmən müəyyənləşib.
 
Fanat.Az xəbər verir ki, millimizin üzvü Türkiyənin 1-ci Liqa təmsilçisi "Boluspor”a transfer olunub.
 
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.
 
Xatırladaq ki, Araz Abdullayev daha öncə Yunanıstanda "Panionios” və "Anortosis” klublarında legioner həyatı yaşayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər