Araz Abdullayev Türkiyə çempionatında debüt etdi

Araz Abdullayev Türkiyə çempionatında debüt etdi
Türkiyə 1-ci liqasında 2-ci turun oyunları keçirilib.
 
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin yeni transfer olunduğu "Boluspor” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Adana Dəmirspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb.
 
Araz da bu görüşün iştirakçısı olub. O, Bolu təmsilçisindəki debüt matçında 70-ci dəqiqədə meydana buraxılıb.
 
İki turdan sonra hesabında 1 xal olan "Boluspor” 18 kollektiv arasında 13-cüdür.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər