Aquero karyerasını İtaliyada davam etdirə bilər

Aquero karyerasını İtaliyada davam etdirə bilər
"Mançester Siti" "İnter"in müdafiəçisi Milan Şkrinyarın xidmətində maraqlıdı.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, "İnter" Şkrinyar qarşılığında "Siti"dən Serxio Aqueronu tələb edir.
"Neradzurri" slovakiyalı futbolçunun transferini 70 milyon avro dəyərində qiymətləndirir. "Şəhərlilər"lə yanaşı, "Real" da onun keçidində maraqlıdı.
Aquero 2011-ci ildən Mançester klubunda çıxış edir. Cari mövsümdə 32 matçda meydana çıxan argentinalı hücumçu 23 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər