Aquero ardıcıl 4 oyunda uduzan MS-dən nə gözləyir?

Aquero ardıcıl 4 oyunda uduzan MS-dən nə gözləyir?

"Mançester Siti"nin sabiq hücumçusu Serxio Aquero bütün turnirlərdə çıxdığı ardıcıl 4 oyunda məğlub olan "şəhərlilər"in cari mövsümü titullarla bitirmək şansını dəyərləndirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini jurnalist Ben Ceykobs sosial şəbəkə hesabları üzərindən belə çatdırıb:

"Mançester Siti" iştirak etdiyi bütün turnirlərin favoritidir. Hansı turnirdə oynamasından asılı olmayaraq, "Siti" həmişə birinci olmağa ən real namizəddir. Hər şey mentalitetlə bağlıdır. Həmişə favorit olmaq asan deyil".

Xatırladaq ki, 11 oyuna 23 xal toplayan MS İngiltərə Premyer Liqasının turnir cədvəlində 2-ci pillədə mövqe tutub.

Nihat   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər