Aqil Nəbiyev "Xəzər Lənkəran"a qarşı oynayacaq?

Aqil Nəbiyev "Xəzər Lənkəran"a qarşı oynayacaq?
Dünən AZAL-la qarşılaşan "Rəvan"ın futbolçusu Aqil Nəbiyev zədə alıb. Fanat.az xəbər verir ki, meydana start heyətində çıxan müdafiəçi 72-ci dəqiqədə yerini Hüseyn Axundova verməli olub.
Buna səbəb futbolçunun ağrılar hiss etməsi olub. Artıq futbolçunun durumuna aydınlıq gəlib. Məlum olub ki, Nəbiyevin zədəsi ciddi deyil və oktyabrın 4-də "Xəzər Lənkəran"la oyunda meydana çıxa biləcək.
Qeyd edək ki, Aqil Nəbiyev 7-ci turun "Qəbələ" ilə oyununu zədə üzündən buraxmışdı. Belə ki, futbolçunun adı start heyətinə salınsa da, matçdan əvvəl isinmə hərəkətləri edərkən zədələnmiş və meydana çıxa bilməmişdi.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər