Aqil Məmmədov Rusiyaya qayıtdı

Aqil Məmmədov Rusiyaya qayıtdı

“Neftçi”nin qapıçısı Aqil Məmmədov komandaya qoşularaq, məşqlərə başlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

34 yaşlı futbolçu dünən axşam saatlarında “ağ-qaralar”ın təlim-məşq toplanışı keçdiyi Rusiyanın Sankt-Peterburq şəhərinə çatıb.

Məmmədov “Matç TV turniri”ndə Rusiya “Zenit”inə 1:3 hesabı ilə uduzduqları oyunda zədələndikdən sonra Bakıya qayıtmışdı.

“Neftçi” turnir çərçivəsində iyulun 15-də “Fənərbaxça” ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər