APOEL-in baş məşqçisi: "Bunun təsadüfi olduğunu sübut etdik"

APOEL-in baş məşqçisi: "Bunun təsadüfi olduğunu sübut etdik"

Avropa Liqasında "Qarabağ”la eyni qrupda yer alan APOEL-in baş məşqçisi Tomas Doll pley-offa vəsiqə qazanmalarını şərh edib. Fanat.Az Kipr mətbuatına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis səfərdə "Düdelanj"a qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib:

"Növbəti mərhələyə çıxmaqtamhaqqımız idi. Əsas görüşlərdə xal toplaya bildik - Bakını heç-heçə ilə tərk etdik, evdə isə "Qarabağ”a qalib gəldik. Qrup mərhələsinin əvvəlində gözlənilmədən "Düdelanj”a uduzmuşduq. Sonradan bunun təsadüfi olduğunu sübut etdik". Xatırladaq ki, "Qarabağ”ın "Sevilya”ya 0:2 hesabı ilə uduzması və APOEL-in "Düdelanj”ı eyni hesabla üstələməsi Nikosiya təmsilçisini pley-offa yüksəldib.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər