APOEL baş məşqçisini qovdu

APOEL baş məşqçisini qovdu
"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhləsindəki rəqibi olan Cənubi Kiprin APOEL klubu baş məşqçisi Paolo Trametsanini istefaya göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 49 yaşlı italiyalı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında poozulub.
Qeyd edək ki, Cənubi Kiprdəki ilk görüşdə "Qarabağ" 2:1 hesabı ilə qələbə qazanıb. Cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Trametsani 2018-ci ilin oktyabrından APOEL-ə rəhbərlik edirdi. Onun komandası 2018/19 mövsümündə ölkə çempionu olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər