Antonio Kontenin yeni iş yeri bilindi - 3 illik műqavilə

Antonio Kontenin yeni iş yeri bilindi - 3 illik műqavilə

Antonio Kontenin yeni iş yeri açıqlanıb.

Fanat.Az “Rai Sport”a istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis "Napoli"ni çalışdıracaq.

O, Neapol təmsilçisi ilə 3 illik müqavilə bağlayacaq.

Konte həmin müddət ərzində illik 6,5 milyon avro qazanacaq.

Qeyd edək ki, Kontenin son iş yeri İngiltərənin “Tottenhem” klubu olub.

 33 tura 49 xal toplayan "Napoli" hazırda A Seriyasının turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər