Antonio Konte rekorda imza atdı

Antonio Konte rekorda imza atdı

Bu ilin noyabrından "Tottenhem Hotspur"u çalışdıran Antonio Konte sözügedən komanda ilə İngiltərə Premyer Liqasında yeni rekord müəyyənləşdirib.

Fanat.Az İPL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Konte "Tottenhem"in baş məşqçi postunda ilk 7 oyunda uduzmayan ilk mütəxəssis kimi klubun tarixinə düşüb.

İtaliyalı çalışdrıcı bu matçlardan dördündə qələbəyə sevinibsə, üç qarşılaşmadan 1 xalla ayrılıb.

Xatırladaq ki, "Tottenhem" İPL-in 20-ci turu çərçivəsində baş tutan son çempionat oyununa dünən çıxıb. Kontenin yetirmələri səfərdə "Sauthempton"la 1:1 hesablı bərabərliyə razılaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər