Antonio Konte millimizi "asan rəqib" adlandırdı

Antonio Konte millimizi "asan rəqib" adlandırdı

"Azərbaycan və Malta digər komandalarla müqayisədə daha asan rəqiblərdi. Amma onları da siyahıdan silmək olmaz". Fanat.az xəbər verir ki, bu sözləri İtaliya millisinin baş məşqçisi Antonio Konte deyib.

AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan italiyalıların çalışdırıcı qarşıdakı matçlar haqqında danışıb: "Seçmə mərhələ oyunlarına çox ciddi hazırlaşırıq. Qrupun favoriti olsaq da, rəqiblərimizi kiçiltməməliyik. Futbolda istənilən nəticə ilə üzləşmək mümkündü. Hazırda əsas hədəfimiz qrup mərhələsində lider olub, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaqdı. Qarşıda Azərbaycan və Malta ilə matçlarımız var. Həmin qarşılaşmalarda da qalib gəlməliyik".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər