Antonio Konte İtaliya millisindən ayrılacaq. Fanat.az xəbər verir ki, bunu açıqlamasında İtalya Futbol Federasiyasının prezidenti Karlo Taveççio deyib.
Belə ki, Konte Avropa Çempionatından sonra yığmadan gedəcəyini federasiya rəhbərinə bildirib. İtaliya mətbuatı Kontenin "Çelsi" ilə anlaşdığını yazır.
Qeyd edək ki, Konte İtaliya millisində 2014-cü ildən çalışır.
Fanat.az