Antoni "Ayaks"ı məhkəməyə verdi

Antoni "Ayaks"ı məhkəməyə verdi

"Mançester Yunayted"in cinah hücumçusu Antoni sabiq klubu "Ayaks"dan məhkəməyə şikayət edib.

Fanat.Az xəbər verir ki, informasiyanı AD yayıb.

Xəbərə görə, braziliyalı forvard Amsterdam təmsilçisinin 2022-ci ildə məşqləri buraxdığı üçün cərimə şəklində maaşından tutduğu pulları geri almaq istəyir. Mənbə həmin vaxt məşqlərə çıxmamaqla MY-yə transferinə mümkün qədər tez nail olmağı hədəfləyən Antoninin özünü haqlı saydığını, cərimələnməsini qanunsuz hesab etdiyini vurğulayıb. Tərəflərin bu ay məhkəmə qarşısına çıxmaq istədikləri bildirilib.

24 yaşlı Antoni 2020-2022-ci illər aralığında "Ayaks"da oynayıb. O, paytaxt komandasında 82 matça çıxaraq 24 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər