Antalyaya 9 cüdoçu ilə

Antalyaya 9 cüdoçu ilə

29-31 martda Türkiyənin Antalya şəhərində “Böyük Dəbilqə” turniri keçiriləcək.

Fanat.Az xəbər verir ki, üç gün davam edəcək turnirdə 94 ölkədən 600-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq. 

Azərbaycan yığması yarışda 6 çəki dərəsində 9 idmançı ilə təmsil olunacaq. Cüdoçulara mötəbər yarışda böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elçin İsmayılov və məşqçi Rüstəm Alimli rəhbərlik edəcək.

Yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

-60 kq. Əhməd Yusifov

-66 kq.  Ruslan Paşayev Rəşad Yelkiyev

-73 kq. Rəşid Məmmədəliyev Vüsal Qələndərzadə

-81 kq.  Ömər Rəcəbli

-90 kq. Vüqar Talıbov

+100 kq. Uşanqi Kokauri Camal Qamzatxanov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər