Ansu Fati İtaliya nəhənginə keçə bilər

Ansu Fati İtaliya nəhənginə keçə bilər

"Barselona"nın vingeri Ansu Fati karyerasını İtaliya nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.

Xəbərə görə, "Milan"ın cinah hücumçusu Rafael Leaunu sıralarına cəlb etməyi hədəfləyən İspaniya klubu Fatini qarşı tərəfə verməyə hazırdır. Ansunun özünün "Milan"da müntəzəm oynamaq variantına isti yanaşdığı vurğulanıb.

Xatırladaq ki, sözügedən futbolçunun "Barselona" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. Cari mövsüm Kataloniya təmsilçisinin forması ilə 7 oyuna çıxan Fati məhsuldar göstəricilərlə yadda qalmayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər