Ansu Fati emosiyalarını saxlaya bilmədi - Flikin qərarına etiraz etdi

Ansu Fati emosiyalarını saxlaya bilmədi - Flikin qərarına etiraz etdi

"Barselona"nın hücumçusu Ansu Fati La Liqanın 32-ci turunda emosiyalarını saxlaya bilməyib.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, o, evdə "Selta"nı 4:3 hesabı ilə məğlub etdikləri matçda özündən çıxıb.

Belə ki, 22 yaşlı oyunçu uzun müddət isinmə hərəkətləri etsə də, baş məşqçi Hans-Diter Flik onu sonadək meydana buraxmayıb. Fati isə alman mütəxəssisin qərarını həzm edə bilməyərək texniki zonadakı su yeşiyinə təpik vurub.

Xatırladaq ki, Ansu 2024-cü ilin 10 noyabr tarixindən La Liqada oynamır. O, 2025-ci ildə İspaniya Kubokunda "Barbastro" (4:0), Çempionlar Liqasında isə Dortmund "Borussiya"sı ilə matçların sonlarında forma şansı qazanıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər