Anri İtaliya klubunun səhmlərini aldı

Anri İtaliya klubunun səhmlərini aldı

Əfsanəvi fransalı Tyeri Anri tezliklə İtaliya B Seriyasında çıxış edən "Komo" klubunun səhmdarına çevriləcək. 

Fanat.Az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

İspaniyalı ulduz yarımmüdafiəçi Sesk Fabreqas də bu yaxınlarda "Komo"ya keçib. 34 yaşlı ispaniyalı futbolçu "Monako"nu azad agent kimi tərk edib. 

Qeyd edək ki, "Komo" klubu 2019-cu ildə milyarderlər Robert və Maykl Hartona məxsus "Djarum Group" tərəfindən satın alınıb. Klubun baş direktoru isə "Çelsi"nin əfsanəsi Dennis Uayzdır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər