"Arsenal"ın sabiq ulduzu Tyeri Anri İtaliyanın B Seriyasında çıxış edən "Komo" klubunun ortaq sahibi olub.
Fanat.Az Canluka Di Martsioya istinadən xəbər verir ki, fransalı mütəxəssisin payı təxminən 1% təşkil edir.
Anri şəxsi vəsaitlərini "Komo"ya yatıraraq klubun səhmdarı olub.
Avqust ayında "Arsenal"ın keçmiş futbolçusu Sesk Fabreqas "Komo"ya transfer olub və eyni zamanda həm də klubun ortaq sahiblərindən birinə çevrilib.
Emin