Angelos Postekoğludan 100 illik antirekord - Yalnız Beyns belə başlamışdı

Angelos Postekoğludan 100 illik antirekord - Yalnız Beyns belə başlamışdı

UEFA Avropa Liqasının əsas mərhələsinin 2-ci turunda öz meydanında "Midtyulann"a (Danimarka) 2:3 hesabı ilə məğlub olan  "Nottingem Forest"in baş məşqçisi Angelos Postekoğlu 100 illik antirekorda imza atıb.

Fanat.Az BBC-yə istinadən xəbər verir ki, sentyabrın 9-da bu klubda fəaliyyətə başlayan yunan əsilli avstraliyalı mütəxəssis "məşəbəyilər"i çıxardığı 6-cı oyunda da qələbəyə həsrət qalıb.

Bu sayda matçda 2 heç-heçəyə nail olan Postekoğluya qədər yalnız Con Beyns ilk 6 qarşılaşmada Nottinhem təmsilçisinə qələbə qazandıra bilməyib. Anoloji hal 1925-ci ildə qeydə alınsa da, Beyns sonradan 4 il komandada işləyib.

Xatırladaq ki, Postekoğlu baş məşqçi postunda Nunu Eşpiruntu santunu əvəzləyib.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər