Angel Di Maria: "Malaqa"ya qarşı oynamaq istəmirəm"

Angel Di Maria: "Malaqa"ya qarşı oynamaq istəmirəm"
"Real"ın futbolçusu Angel Di Maria ilginc açıqlama verib. Fanat.az xəbər verir ki, argentinalı oyunçu La Liqanın XXVIII turunda "Malaqa"ya qarşı oynamaq istəmədiyini bildirib.
Buna səbəb kimi isə XXIX turda baş tutacaq "Barselona" matçında meydanda olmaq istəyini göstərib. Belə ki, Di Maria "Levante" ilə matçda 3-cü sarı vərəqəsini alıb. "Malaqa" ilə oyunda yenə cəzalansa, "El Klasiko"nu buraxmalı olacaq. Lakin argentinalı əzəli rəqiblə oyunda meydanda olmaq istəyir və bu arzusunu mətbuat vasitəsi ilə baş məşqçi Karlo Ançelottinin nəzərinə çatdırıb: "Təbii ki, çətin vəziyyətdi. Biz futbolçuların seçim şansı yoxdu. Baş məşqçi "meydana çıx" deyirsə, çıxıb oynamalıyıq. Amma seçim imkanım olsa, "Malaqa" matçında forma geyinmək istəmirəm. Çünki növbəti turda "Barselona"ya qarşı oynayacağıq və bu turda sarı vərəqə alsam, həmin matçı buraxmalı olacam. "Malaqa"ya qarşı oynamamaq mənim üçün daha yaxşı olacaq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər