Andrey Arşavin Qazaxıstan klubunda - FOTO

Andrey Arşavin Qazaxıstan klubunda - FOTO
Rusiya millisinin üzvü Andrey Arşvanin yeni klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, rus futbolçu karyerasını Qazaxıstanda davam etdirəcək.
Belə ki, Arşavin "Kayrat" klubuna keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, rus futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. "Kuban"la müqaviləsi başa çatan Arşavinin "Kayrat"a keçidi pulsuz başa gəlib. Onun yeni klubundakı maaşı açıqlanmayıb. 
Qeyd edək ki, Arşavin karyerası ərzində Rusiyanın "Zenit", "Kuban", və İngiltərənin "Arsenal" klublarında çıxış edib. O, 2009-cu ildə "Zenit"dən "Arsenal"a 16,5 milyon avroya transfer olunmuşdu. 
2002-2012-ci illərdə Rusiya millisində 75 oyun keçirən 34 yaşlı hücumçu 17 qola imza atıb. Yığmanın heyətində 2008-ci ildə Avropa çempionatının yarımfinalına çıxıb. Arşavin klub karyerası ərzində bütün uğurlarına "Zenit"lə qazanıb. O, 4 dəfə Rusiya çempionluğunu, 1 dəfə kubokunu, 1 dəfə Liqa Kubokunu, 1 dəfə Super Kubokunu qazanıb. Futbolçu 2008-ci ildə UEFA Kubokuna və Super Kubokuna sahib çıxıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər