"Yuventus"un sabiq baş məşqçisi Andrea Pirlo "Salernitana"nı çalışdıra bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.
Mənbə A Seriyasının turnir cədvəlində son pillədə mövqe tutan klubun Pirloya 4 illik müqavilə təklif etdiyini, mütəxəssisin isə düşünmək üçün vaxt istədiyini vurğulayıb.
Daha öncə "Cenoa"nın və Polşa millisindən aldığı təklifləri rədd etdiyi deyilən Pirlo 2021-ci ilin mayından işsizdir.