Anderson MS-də oynamaq istəsə də...

Anderson MS-də oynamaq istəsə də...

"Mançester Siti" "Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Anderson uğrunda mübarizədə əzəli rəqibi "Mançester Yunayted"i üstələməyə köklənib.

Fanat.Az "Football Insider"ə istinadən xəbər verir ki, MS qarşı tərəfə 115 milyon avro təklif etməyə hazırlaşır.

Mənbə futbolçunun özünün də MS variantını uyğun saydığını, lakin "meşəbəyilər"in onu bu qış satmaq istəmədiklərini vurğulayıb.

Qeyd edək ki, bu mövsüm Anderson "Forest"in forması ilə 18 matça çıxaraq 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər