Ançelottinin "Real"ı rəqib tanımır

Ançelottinin "Real"ı rəqib tanımır

"Real Madrid" La Liqanın 21-ci turunun təxirə salınmış matçında "Atletik"ə qalib gəlib (2:1).

Fanat.Az xəbər veri ki, bu qələbə ilə madridlilər bütün turnirlərdə məğlubiyyətsizlik seriyasını 15 oyuna çatdırıb.

"Kral klubu" sonuncu dəfə oktyabrın 3-də “Espanyol”a (1:2) uduzub.

O gündən indiyə qədər Karlo Ançelottinin komandası 13 qələbə qazanıb, iki dəfə heç-heçə edib.

Qeyd edək ki, “Real Madrid” növbəti oyununu yanvarın 2-də “Xetafe”yə qarşı keçirəcək.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər