Mövsümün sonunda Braziliya millisinin sükanı arxasına keçəcək Karlo Ançelottini "Real Madrid"in baş məşqçi postunda əvəz edəcək məşqçinin kimliyi İspaniya mətbuatının əsas müzakirə mövzusudur.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, italiyalının yerinə 4 mütəxəssis namizəddir.
Mənbənin məlumatına görə, “kral klubu"nun rəhbərliyi Xabi Alonso, Julian Nagelsmann, Raul Qonzales və Alvaro Arbeloanın arasında seçim edəcək.
Karlo Ançelotti 2021-ci ilin iyulunda "Real Madrid"ə qayıdıb. Onun müqaviləsinin müddəti 2023/2024 mövsümünün sonunda başa çatır.
Mirağa