Ançelottidən "Real" azarkeşlərinə Bellinqemlə bağlı pis xəbər

Ançelottidən "Real" azarkeşlərinə Bellinqemlə bağlı pis xəbər

"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem zədələnib.

Fanat.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 12-ci turunda "Rayo Valyekano" ilə oyundan (0:0) sonra danışıb.

"Football Espana" italiyalı mütəxəssisin dediklərini belə çatdırıb: “Judun çiynində problem var. O, tezliklə tibbi müayinədən keçəcək. Ümid edirik ki, Bellinqem Çempionlar Liqasındakı növbəti oyunumuzda bizə kömək edə biləcək”.

20 yaşlı ingilis yarımmüdafiəçi İspaniya La Liqasının bu mövsümündə 11 oyun keçirib. Bellinqem bu görüşlərdə 10 qol və 2 məhsuldar ötürmə ilə diqqət çəkib.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər