"Real"ın baş məşqçisi Karlo Ançelotti Qaret Beyl haqda ictimaiyyətə açıqlama verib. Fanat.az xəbər verir ki, təcrübəli çalışdırıcı Beylin bazar günü keçiriləcək Madrid derbisinə qədər hazır olacağını bildirib.
"Beyl qızışma hərəkətləri edərkən kiçik bir problem yaşadı. Amma bu zədə deyil. Sadəcə özünü rahat hiss etmədi. Biraz pis oldu, çünki oynamaq üçün çox həyəcanlıydı. Buna görə "Elçe"ylə oyunda oynaya bilər, ya yox bu barədə heçnə deyə bilmərəm. Amma "Atletiko" ilə qarşılaşmada meydanda olacaq.
Qeyd edək ki, Beyl "Xetafe" (4:1) ilə qarşılaşma zamanı özünü rahat hiss etmədiyi üçün meydana çıxmamışdı. Bundan əlavə "Elçe" - "Real" matçı sentyabrın 23-ü, Madrid derbisi isə 29-u keçiriləcək.