Ançelotti ukraynalı qapıçıdan üzr istədi

Ançelotti ukraynalı qapıçıdan üzr istədi

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti  hər il İspaniya Primerasında ən az qol buraxan qapıçıya təqdim edilən Samora mükafatını ala bilmədiyi üçün komandanın ukraynalı qolkiperi Andrey Lunindən üzr istəyib.

Fanat.Az "Defensa Central"a istinadən xəbər verir ki, La Liqada bütün həmkarlarından az qol "yeyən" Lunin 28 oyun həddini keçə bilməyəcəyi üçün bu mükafata sahib çıxa bilməyəcək.

Xəbərə görə, italiyalı mütəxəssis cari mövsüm cəmi 18 görüşdə meydanda olan və sonrakı bütün turlarda forma şansı qazanacağı halda belə, 26 matçdan artığına çıxa bilməyəcək Andreylə bu barədə danışıb və onu az oynadaraq fərdi uğurdan etdiyi üçün "çərçivə" qoruyucusuna üzrxahlığını çatdırıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər