Ançelotti "Real"ın baş məşqçisi kimi təqdim ediləcək

Ançelotti "Real"ın baş məşqçisi kimi təqdim ediləcək
İspaniyanın "Real" (Madrid) komandasının prezidenti Florentino Peres iyunun 3-də Karlo Ançelottini klubun baş məşqçisi qismində təqdim etmək niyyətindədir.

Trend-in verdiyi məlumata görə, italiyalı mütəxəssisin məşqçilər korpusuna Zinəddin Zidan da daxil olacaq.

İyunun 2-də "Real" "Osasuna" ilə mövsümün son oyununu keçirəcək. Bundan sonra klubun Direktorlar Şurasının yeni prezident haqqında qərarı səsləndiriləcək. Bu vəzifəyə yalnız Peres iddia edir.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər