Ançelotti "Real"da qazandığı mükafatları nümayiş etdirdi - FOTO

Ançelotti "Real"da qazandığı mükafatları nümayiş etdirdi - FOTO

Real Madrid"dən ayrılaraq Braziliya millisinə baş məşqçi təyin edilən Karlo Ançelotti "Kral klubu"nda qazandığı mükafatlarla çəkdirdiyi fotosunu sosial şəbəkə hesabında paylaşıb.

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis fotoya şərh də əlavə edib:

"Heç kim unutmayacaq. Mən unutmayacam".

Ançelotti "Real"da qazandığı mükafatları nümayiş etdirdi - FOTO

Ançelotti 2013-2015 və 2021-2025-ci illər aralığında "Real"ı çalışdırıb. O, İspaniya nəhəngi ilə 3 dəfə Çempionlar Liqasının, 2 dəfə La Liqanın, 2 dəfə İspaniya Kubokunun və Superkubokunun, 3 dəfə UEFA Superkubokunun, Qitələrarası Kubokun, eləcə də 2 dəfə klublararası dünya çempionatının qalibi olub.

"Real" bu gün komandanın Xabi Alonsoya tapşırıldığını açıqlayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər