Ançelotti: "Arsen Vengerin mənə qonaqlıq borcu var"

Ançelotti: "Arsen Vengerin mənə qonaqlıq borcu var"
"Real"ın baş məşqçisi Karlo Ançelotti Mesut Özilin "Arsenal"a keçidi ilə bağlı maraqlı açıqlamalar verib. Fanat.az xəbər verir ki, italyan mütəxəssis Arsene Vangerin Mesutu onlara satdığına görə ona qonaqlıq borclu olduğunu bildirib.
"The Times" qəzetinə danışan Ançelotti "Arsenal" bu il daha yaxşı oynayır. Bu işdə bizim də onlara yardımımız olub. Mesut Özili bu komandaya satmaq mənim qərarım idi. Fikrimcə, mənə yemək borcları var" deyib.
Mesutu Qaret Beylin alınmasına görə satmağa məcbur olduqlarını deyən italyan mütəxəssis uelsli futbolçunun gəlişindən sonra türk oyunçu üçün komandada yer tapmaqda çətinlik çəkdiyini bildirib. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər