"Ançelotti onun oyununun böyük pərəstişkarıdır" - "Real"a keçir?

"Ançelotti onun oyununun böyük pərəstişkarıdır" - "Real"a keçir?

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Vest Hem"in futbolçularından birinin pərəstişkarıdır və onu şəxsən komandasında görmək istəyir.

Fanat.Az xəbər verir ki, bunu italiyalı insayder Canluka Di Martsio deyib.

Di Martsionun sözlərini "SoccerNews.nl" belə çatdırıb: "Real"ı "Ves Hem"in futbolçusu Deklan Raysla maraqlananlar sırasına salmalıyıq. Çünki Ançelotti onun oyununun böyük pərəstişkarıdır. Bəli, Karlonun Raysa xüsusi simpatiyası var".

Qeyd edək ki, Raysın "Vest Hem"lə müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər