Ançelotti: "Modriçlə Krosu idarə etmək mənim üçün çox asandır"

Ançelotti: "Modriçlə Krosu idarə etmək mənim üçün çox asandır"

Dünən La Liqanın 4-cü turunda “Betis”ə 2:1 hesabı ilə qalib gələn "Real Madrid"in baş məşqçisi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Fanat.Az xəbər verir ki, təcrqbəli italiyalı çalışdırıcı  heyətdəki rotasiyalar, Luka Modriçlə Toni Krosun əvəzlənməsi ilə bağlı maraqlı açıqlama ilə diqqət çəkib:

"Oyundan sonra kimin oynamalı olması barədə danışmaq asandır. Razıyam, ulduz oyunçuları kənarda saxlamaq çətin, demək olar ki, mümkün deyil. Lakin hər kəs başa düşür ki, onlarsız da komanda hazırda çox yaxşı görünür. 

Kros və Modriç kimi oyunçulara bunu izah etmək mənim üçün çətin deyil. Onlar ağıllı və təvazökar uşaqlardır. Onlar oynamasalar da, nə qədər vacib olduqlarını bilirlər. Krosla Modriçi idarə etmək karyeramdakı ən asan işdir".

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər