Ançelotti köməkçisinə görə baş məşqçi postunu tərk etdi - RƏSMİ

Ançelotti köməkçisinə görə baş məşqçi postunu tərk etdi - RƏSMİ

Karlo Ançelottinin oğlu Davide Braziliya təmsilçisi "Botafoqo"nun baş məşqçi postu ilə vidalaşıb.

Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb.

Yerli mətbuat müqavilənin ləğvinin səbəbini də açıqlayıb. Məlumatına görə, oğul Ançelotti fitnes məşqçisi Luka Gerranın futbolçuların çoxsaylı zədələri üzündən işdən çıxarılmasını qəbul etməyib. 

Söügedən mütəxəssis daha öncə "Real"da atasının köməkçisi olub. 2025-ci ilin yayında müqavilə bağladığı "Botafoqo" onun baş məşqçi qusmində çalışdığı ilk klubdur.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər