Ançelotti İngiltərə klubunu məhkəməyə verdi

Ançelotti İngiltərə klubunu məhkəməyə verdi

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti keçmiş klubu "Everton"a qarşı iddia qaldırıb.

Fanat.Az "The Guardian"a istinadən xəbər verir ki, buna səbəb rusiyalı oliqarx Əlişir Usmanovun ona vəd etdiyi pullarla bağlıdır.

Mənbə Ançelottinin “Everton”a qarşı iddiasının mahiyyətini öyrənə bilib. Məlum olub ki, italiyalı mütəxəssisə o vaxt müəyyən ödənişlər vəd edilib. 

Ançelottinin 2021-ci ilin yayında tərk etdiyi kluba qarşı iddiasına London Ali Məhkəməsində baxılacaq. 

 ki, bu da Premyer Liqada komandanın uğurlu çıxışından asılıdır.

Bununla bağlı müvafiq razılaşma onunla "Everton"un sponsoru olmuş Usmanov arasında danışıqlarda əldə olunub. Özbək iş adamı hazırda səlahiyyətlərini icra edə bilməsə də, şübhələr var ki, onun əməliyyatlarını etibarlı adamı kimi klubun hazırkı sahibi Fərhad Moşiri yerinə yetirir.

Qeyd edək ki, hazırda Usmanov Böyük Britaniyanın sanksiyaları altındadır və hələ 2021-ci ildə ona ölkəyə giriş qadağan edilib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər