Ançelotti gənc braziliyalıdan nə gözləyir?

Ançelotti gənc braziliyalıdan nə gözləyir?

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın gənc ulduzu Endrik barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis braziliyalı hücumçuya güvəndiyini bildirib:

"Endrik çox yaxşı oynayır. Qolçuluq bacarığını sərgiləyəcəyinə də inanıram. Əminəm ki, tezliklə rəqib qapıçıları məyus edəcək".

Qeyd edək ki, Endrik cari mövsüm 11 La Liqa matçında forma şansı qazanıb. Çempionatda 1 qolla yadda qalan ön xətt oyunçusu Çempionlar Liqasında çıxdığı 3 görüşdə də 1 dəfə fərqlənib.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər