Ançelotti bunu bacarmasa, "Real"ı tərk edəcək

Ançelotti bunu bacarmasa, "Real"ı tərk edəcək

"Real Madrid"in baş məşqçisi Karlo Ançelottinin cari mövsümün sonunda postunu tərk edəcəyi ilə bağlı informasiyalar səngimir.

Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı "The Athletic" yayıb.

Xəbərə görə, "Kral klubu" cari "futbol ili"ni titulsuz başa vuracağı halda, italiyalı mütəxəssislə yollar ayrılacaq. Mənbə Ançelottinin özünün də bunu bildiyini vurğulayıb.

Qeyd edək ki, İspaniya Superkuboku uğrunda matçda əzəli rəqibi "Barselona"ya yenilən "Real" İspaniya Kubokunun yarımfinalının "Santyaqu Bernabeu"da baş ilk görüşündə də Kataloniya təmsilçisinə 0:1 hesabı ilə uduzub. "Ağlar" La Liqanın turnir cədvəlində lider mövqeyində qərarlaşan "Barsa"dan  hazırda 9 xal geri qalır. 63 yaşlı çalışdırıcının komandasının yalnız Çempionlar Liqasındakı vəziyyəti ümidvericidir. Belə ki, Madrid təmsilçisi bu turnirin 1/8 final mərhələsinin birinci oyununda səfərdə "Liverpul"u darmadağın edib - 5:2.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər