Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

İtaliyalı mütəxəssis Karlo Ançelotti Braziliya millisinə baş məşqçi təyin edilib.

Fanat.Az xəbər verir ki, məlumatı Braziliya Futbol Konfederasiyasının mətbuat xidməti yayıb.

Qurumun prezidenti Ednaldo Rodriges 65 yaşlı mütəxəssisin təyinatına münasibət bildirib: "Ançelottinin Braziliya millisinə cəlb edilməsi strateji addımdan daha böyük gedişdir. Bu, bütün dünyaya əvvəlki mövqeyimizi geri qaytarmaq istəyimizlə bağlı mesajdır. O, futbol tarixinin ən böyük məşqçisidir və planetin böyük komandalarına rəhbərlik edib. Birlikdə Braziliya futbolunun tarixində şanlı səhifələr yazacağıq".

Xatırladaq ki, daha öncə insayder Devid Ornşteyn sözügedən mütəxəssisin "Real Madrid"ı "Real Sosyedad"la son çempionat matçına çıxarandan sonra yeni işində fəaliyyətə başlayacağını açıqlayıb. "Real"ın La Liqadakı son görüşü mayın 26-da baş tutacaq.

Nihat   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər