Ançelotti Braziliya millisində - Rəsmən təsdiqləndi

Ançelotti Braziliya millisində - Rəsmən təsdiqləndi

"Real Madrid"in baş məşqçisi Karlo Ançelottinin Braziliya millisini çalışdıracağı rəsmən açıqlanıb. 

Fanat.Az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriqes "Twitter" hesabında məlumat verib.

İtaliyalı mütəxəssis 2023/2024 mövsümü başa çatdıqdan sonra Madrid klubunu tərk edərək: "Ançelotti Braziliyanı 2024-cü ildə Amerika Kubokuna aparacaq. Onun müqaviləsi 2026-cı il dünya çempionatına qədər davam edəcək".

Ançelotti gələnə qədər Braziliya millisini Fernando Diniz çalışdıracaq. O, milli komanda ilə paralel olaraq, "Fluminense" klubunda da işinə davam edəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər