UEFA azərbaycanlı hakimlərə iki təyinat verib. Fanat.az xəbər verir ki, ədalət təmsilçilərimiz Çempionlar Liqasının və Avropa Liqasının iki oyununu idarə edəcək.
Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası Çempionlar Liqasının "Aktobe" (Qazaxıstan) - "Dinamo" (Tiflis, Gürcüstan) oyununu idarə edəcək. Avropa Liqasının II təsnifat mərhələsinin "Vaduts" (Lixtenşteyn) - "Kollac Avropa" (Cəbəllütariq) cütünün qalibi ilə "Rux" (Polşa) arasındakı matçda isə ədaləti Anar Salmanovun başçılıq etdiyi hakimlər briqadası qoruyacaq.
Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsinin "Kayrat" (Qazaxıstan) - "Kukesi" (Albaniya) oyununu FIFA referisi Rəhim Həsənov idarə edəcək. Onun köməkçiləri Yaşar Abbasovla Rza Məmmədov, dördüncü hakimi Anar Salmanov olacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi
23 iyul
Aktobe (Qazaxıstan) - Dinamo (Tiflis, Gürcüstan)
Baş hakim: Əliyar Ağayev.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Zeynal Zeynalov.
Dördüncü hakim: Rauf Cabbarov.
Avropa Liqası
II təsnifat mərhələsi
24 iyul
Vaduts (Lixtenşteyn)//Kollac Avropa (Cəbəllütariq) - Rux (Polşa)
Baş hakim: Anar Salmanov.
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Vaqif Musayev.
Dördüncü hakim: Rəhim Həsənov.
Fanat.az