Anar Salmanov yeni təyinat alıb. Fanat.az xəbər verir ki, FIFA referisi Latviyada fit çalacaq.
Belə ki, Salmanov 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində senyabrın 24-dən oktyabrın 1-dək keçiriləcək V qrupun oyunlarında meydana çıxacaq. Bu qrupda Ukrayna, İsveç, Yunanıstan və Latviya komandaları mübarizə aparacaq.
Fanat.az