Anar Salmanov Latviya - Yunanıstan oyununda

Anar Salmanov Latviya - Yunanıstan oyununda
Anar Salmanov daha bir beynəlxalq oyuna təyinat alıb. Fanat.az xəbər verir ki, referi 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Latviyanın Riqa şəhərində keçirilən 5-ci qrupunun oyununu idarə edəcək.
Anar Salmanov meydan sahibi Latviya və Yunanıstan arasında keçiriləcək qarşılaşmada fit çalacaq. Ona Mübariz Həşimovla macar Balaş Buzas yardımçı olacaq. Dördüncü hakim funksiyasını macarıstanlı Sandor Szabo yerinə yetirəcək. Arkadiya stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.
Qeyd edək ki, Anar Salmanov I turun Ukrayna - Yunanıstan oyununu idarə etmişdi. 0:0 hesabı ilə başa çatan oyunda FIFA referisi Ukraynanın 3, Yunanıstanın 2 futbolçusuna sarı vərəqə göstərmişdi. Bu matçda Salmanova həmyerlimiz Mübariz Həşimov, latviyalı Jevgenis Morozovs və Vitalis Spasyonnikovs (dördüncü hakim) yardımçı olmuşdu.
FIFA referisi Ukrayna - Latviya oyununa dördüncü hakim kimi təyinat almışdı. Həmin matçın baş hakimi türk Mete Kalkavan idi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər