Anar Nəzirov: "Komandama döndüyümə görə sevincliyəm"

Anar Nəzirov: "Komandama döndüyümə görə sevincliyəm"
"Qəbələ" Anar Nəzirovun transfererini təsdiqləyib. Fanat.az xəbər verir ki, qolkiperlə bir illik müqavilə imzaladığını açıqlayıb.
"Qırmızı-qaralar"ın Antalya toplanışına qatılan qolkiper köhnə-yeni komandası və məşq prosesi barədə fikirlərini açıqlayıb. O yenidən "Qəbələ"nin sıralarına döndüyünə görə sevincli olduğunu bildirib: 
"Qəbələ" mənim üçün doğma klubdu. Yenidən keçmiş komandama döndüyümə görə sevincliyəm. Düzünü desəm, dönüşüm gözlənilməz oldu. Çalışacağam komandama yararlı olum, mənə bəslənən ümidləri doğruldum. "Qəbələ" rəhbərliyinin, azarkeşlərimizin bu mövsüm üçün yüksək hədəfləri var, kollektivdən uğur gözləyirlər. Digər komanda yoldaşlarım kimi gücümü ortaya qoyub uğur qazanmaq üçün səy göstərəcəyəm. Artıq "Qəbələ"nin düşərgəsində məşqlərə başlamışam. İnanıram ki, ikinci yarının startına kimi istənilən səviyyədə olacağam".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər